ETSN: Bu gün Bakıda və Abşeron yarımadasında 120 il ərzində rekord temperatur göstəricisi qeydə alınıb

ETSN: Bu gün Bakıda və Abşeron yarımadasında 120 il ərzində rekord temperatur göstəricisi qeydə alınıb
# 01 iyul 2018 15:10 (UTC +04:00)

Bu gün Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında 43-44 dərəcə temperatur qeydə alınıb.

Bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında 41, 6 dərəcə müşahidə edilib. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR