ETSN: Ətraf mühitin qorunması işi xeyli yaxşılaşıb

ETSN: Ətraf mühitin qorunması işi xeyli yaxşılaşıb
# 29 mart 2013 11:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının ətraf mühitin mühafizəsi istiqamətində prinsipial və sərt mövqe nümayiş etdirməsi, qanun pozucularına qarşı qanunamüvafiq tədbirlər görməsi nəticəsində ətraf mühitin qorunması işi xeyli yaxşılaşıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2003-cü ildə ölkə üzrə ətraf mühitin mühafizəsi istiqamətində qanun pozucularına qarşı ümumilikdə 1697 akt və protokol tərtib olunub, cərimələrin ödənilməsi məqsədilə 21 iş məhkəmə orqanlarına göndərilibsə, 2010-cu ildə isə müvafiq olaraq 3034 akt və protokol tərtib edilib, 566 iş məhkəmə orqanlarına göndərilib. Nazirlik tərəfindən ətraf mühitin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi, ekoloji qanun pozucularına qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsi nəticəsində 2012-ci ildə 3382 akt və protokol tərtib edilib, 716 iş məhkəmə orqanlarına göndərilib, 2013-cü ilin iki ayı ərzində isə 578 akt və protokol tərtib edilib, 78 iş məhkəmə orqanlarına göndərilib.


Nazirlik tərəfindən həyata keçirilən intensiv mühafizə tədbirləri Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna (ƏMMDF) daxil olan cərimələrin hər il nəzərəçarpacaq dərəcədə artan məbləğində də öz əksini tapıb. Əgər 2003-cü ildə Fonda (ƏMMDF) 223 413 manat daxil olubsa, 2006-cı ildə fonda daxilolma 416 858 manat, 2010-cu ildə 1 096 394 manat, 2013-cü ilin yanvar-fevral ayları ərzində isə 2 033 564 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR