ETSN: Masazırdakı sürüşmə zonasından yuxarıda yerləşən evlər üçün hələlik təhlükə yoxdur

ETSN: Masazırdakı sürüşmə zonasından yuxarıda yerləşən evlər üçün hələlik təhlükə yoxdur
# 27 mart 2013 08:20 (UTC +04:00)

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında deyib.

O bildirib ki, hələlik sürüşmə zonasından yuxarıdakı evlər üçün təhlükə yoxdur: “Sürüşmə sahəsində hər an aktivləşmə getdiyi üçün orada yaşayış təhlükəlidir. Artıq 3 gündür ki, Masazırdakı sürüşmə zonasında aktivləşmə müəyyən olunub. Dünən 10 sm genişlənmə qeydə alınıb, bu da aşağıdakı ev üçün təhlükə yaradıb. Dünəndən etibarən isə ərazidə hər hansı aktivləşmə və ya genişlənmə ilə bağlı tədqiqat aparılmayıb”.

Qeyd edək ki, Masazır qəsəbəsi ərazisində, şəhid Nazim Əsədov küçəsi, ev 12 ünvanında bir neçə ay əvvəl müəyyən olunmuş sürüşmə sahəsi aktivləşib. Orada sürüşmənin yaranmasının ilkin səbəbi kimi ərazidə kanalizasiya şəbəkəsinin olmaması göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR