ETSN Bakıda ağacların dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktını araşdırır

ETSN Bakıda ağacların dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktını araşdırır
# 03 sentyabr 2014 15:36 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Sentyabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, Cavadxan küçəsi 26 ünvanında ağacların dibinə sulfat turşusunun tökülməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən APA - ya verilən məlumata görə, əraziyə baxış zamanı sözügedən ünvanda yaş kök üstə 9 ədəd şam və 1 ədəd qarağac cinsindən olan ağacların dibinə mənşəyi məlum olmayan maddənin töküldüyü faktı aşkar edilib.

Faktla bağlı mövcud vəziyyət sənədləşdirilərək sözügedən ağacların dibinə tökülən maddənin mənşəyinin müəyyən edilməsi məqsədilə ETSN-nin mütəxəssisləri tərəfindən həmin sahədən torpaq nümunələri götürülüb.

Torpaq nümunələri üzərində aparılan analizlərin nəticəsinə uyğun olaraq həmin maddənin zərərverici olduğu təsdiq edilərsə, təqsirkarların müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR