Bakıda yağış, sulu qar, qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ

 Bakıda yağış, sulu qar, qar yağacağı gözlənilir - <span style="color: red;">XƏBƏRDARLIQ
# 25 yanvar 2018 09:50 (UTC +04:00)

Yanvarın 26-sı gündüzdən 27-si axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yağışın sulu qara, qara keçəcəyi gözlənilir.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 3 dərəcəyədək aşağı enəcək.

Yanvarın 26-27-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda yağıntılı hava şəraitinin meteohəssas insanlar üçün əlverişsiz olacağı açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR