FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib - FOTO

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib - <span style="color: red;">FOTO
# 25 sentyabr 2014 12:52 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi Lənkəran rayonunun Liman şəhər xəstəxanasında "Yanğın təhlükəsizlik qaydalarına əməl etmək həyat fəaliyyətinin təhlükəsizliyinin qarantıdır" mövzusunda maarifləndirmə tədbiri keçirib. APA-nın cənub bürosunun məlumatına görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional İdarəsinin, Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin və Liman şəhər xəstəxanasının tibb işçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Liman şəhər xəstəxanasının baş həkimi Naib Zeynalov əhali arasında yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunması, mülki müdafiə işinin təşkili, eləcə də fövqəladə hallar zamanı düzgün davranış qaydalarının maarifləndirilməsi məqsədilə FHN-nin regionda fəaliyyət göstərən qurumları tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

Sonra təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə etmə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində tibb işçilərinin maarifləndirilməsi məqsədilə “Binanın qəfil uçması zamanı təhlükəsiz davranış qaydaları”, “Kimyəvi zəhərlənmə təhlükəsi və əhalinin davranış qaydaları”, “Elektrik cərəyanı təsərrüfatında baş verən qəzalardan qorunmaq üçün təhlükəsizlik tədbirləri” və “Hansı hadisələr baş verdikdə 112 qaynar telefon xəttinə zəng etmək olar?” mövzularında geniş məlumatlar verilib.

Daha sonra səhiyyə binalarının təxliyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, binanın əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz olunmasının, eləcə də ilkin yanğınsöndürmə vasitələri ilə xəstəxananın təchiz olunmasının vacibliyi bir daha diqqətinə çatdırılıb.

Tədbir zamanı şərti olaraq “YANĞIN” həyəcanı verilib, Mərkəzin xüsusi xilasetmə hissəsinin xilasediciləri tərəfindən ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə etməklə şərti yanğının qarşısı vaxtında alınıb, xilas edilmiş xəsarət alanların təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.

Tədbirin sonunda “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair video çarx nümayiş etdirilib, “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar”, “Səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılıb və təqdim olunan əyani vasitələrlə bağlı verilən suallar ətraflı cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR