FHN-in Cənub Regional Mərkəzində qərargah məşqi keçirilib - FOTO

FHN-in Cənub Regional Mərkəzində qərargah məşqi keçirilib - <span style="color: red;">FOTO
# 26 sentyabr 2014 11:45 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində “2014-cü il üçün Fövqəladə Hallar Nazirliyi üzrə Əsas Tədbirlərin Təqvim Planı”nına uyğun olaraq “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təkşili” mövzusunda qərargah məşqi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, əsas məqsədi fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Cənub Regional Mərkəzinin rəhbər və zabit heyətinin idarəetmə sahəsində peşəkarlıqlarının, bilik və bacarıqlarının daha da artırılmasından ibarət olan qərargah məşqinə Mərkəzin bütün rəhbər və zabit heyəti cəlb olunub.

Qərargah məşqi iki mərhələdə keçirilib.

Birinci mərhələdə baş vermiş fövqəladə hadisə barədə şəxsi heyət xəbərdarlıq edilərək birgə fəaliyyət təşkil edilib, yaranmış vəziyyət qiymətləndirilib, müvafiq hesabatlar və görüləcək işlər barəsində təkliflər hazırlanıb.

İkinci mərhələ isə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, kəşfiyyatın təşkili, qüvvə və vasitələrin, texnika və avadanlıqların fövqəladə hadisə yerinə cəlb edilməsi, köçürülmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsi üçün hazırlıq işlərinin təşkili, cəlb ediləcək qüvvə və vasitələrin hesabatı dəqiq olaraq müəyyənləşdirilmiş, xəsarət alanların ilkin həyat təminatının, yanğın-partlayış obyektlərində baş vermiş qəzaların və nəqliyyat qəzalarının nəticələrinin aradan qaldırılması işləri ilə davam etdirilib.

Məşq zamanı şərti olaraq Mərkəzin Operativ Məlumat şöbəsinə daxil olan 3 əməliyyat məlumatına əsasən Cənub Regional Mərkəzin şəxsi heyətinə "TOPLANIŞ" siqnalı verilərək Mərkəzin bütün şəxsi heyəti hazırlıq vəziyyətinə gətirilib. Mərkəz tərəfindən şərti hadisə ərazilərinə xilasetmə qüvvələri göndərilib, FHN-in və digər aidiyyəti orqanların qüvvə və vasitələri hadisə yerlərinə cəlb olunub. Təxliyə edilən əhali təhlükəsiz ərazilərə köçürülüb, hadisə rayonunda yerləşən orqanların qüvvə və vasitələri hadisənin fəsadlarının aradan qaldırılması işinə səfərbər edilib.

Mərkəzin əhatə etdiyi ərazidə baş verən şərti fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Cənub Regional Mərkəzi ilə Nazirliyin yerli qurumları və yerli icra hakimiyyətlərinin idarə və təşkilatları arasında qarşılıqlı fəaliyyət planlarına əsasən işlər davam etdirməklə müsbət nəticələr əldə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR