Fizuli Ələkbərov BMT-nin yeni təyin olunmuş rezident əlaqələndiricisi ilə görüşüb - FOTO

Fizuli Ələkbərov BMT-nin yeni təyin olunmuş rezident əlaqələndiricisi ilə görüşüb   - <span style="color: red;">FOTO
# 29 noyabr 2012 15:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının nümayəndəsi Antonius Bruk arasında tanışlıq görüşü keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, BMT-nin mütərəqqi dəyərləri özündə əks etdirən müvafiq konvensiyalarının Azərbaycan tərəfindən ratifikasiya edildiyini qeyd edən nazir həmin sənədlərdən irəli gələn öhdəliklərin layiqli səviyyədə yerinə yetirildiyini bildirib.

Antonius Bruk da Azərbaycanla BMT arasında əməkdaşlığın daha da inkişaf etməsi üçün öz fəaliyyəti dövründə bütün səyləri göstərəcəyini vurğulayıb.

Görüşdə BMT ilə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR