Fizuli Ələkbərov Latviyanın rifah naziri ilə görüşüb - FOTO

Fizuli Ələkbərov Latviyanın rifah naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 29 noyabr 2012 14:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla Azərbaycanda səfərdə olan Latviyanın rifah naziri İlze Vinkele arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə nazir Fizuli Ələkbərov respublikada həyata keçirilən əsaslı sosial-iqtisadi islahatlar barədə qonağa məlumat verib. Fizuli Ələkbərov Azərbaycanla Latviya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və bunun hər iki nazirlik arasında əməkdaşlıq əlaqələri üçün yaxşı imkanlar yaratdığını vurğulayıb.

İlze Vinkele Azərbaycanda müşahidə olunan inkişaf dinamikasının ölkəsi tərəfindən maraqla izlənildiyini qeyd edərək, rəhbərlik etdiyi nazirliyin fəaliyyət sahələri, ölkəsində həyata keçirilən sosial proqramlar, aztəminatlı vətəndaşların dövlət tərəfindən dəstəklənməsi sahəsində Latviyanın malik olduğu təcrübə barədə geniş məlumat verib. Qonaq iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın hər iki tərəf üçün önəmli olduğunu qeyd edib.

Görüşdə hər iki nazirliyin fəaliyyət sahələrinə aid məsələlər və ikitərəfli əməkdaşlıqla bağlı gələcək perspektivlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR