Gənc alimlər üçün qrant müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

Gənc alimlər üçün qrant müsabiqəsinin qalibləri mükafatlandırılıb - <span style="color: red;">FOTO
# 10 iyul 2014 16:52 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti tərəfindən təşkil edilən 28 May - Respublika Günü münasibətilə gənc alimlər üçün qrant müsabiqəsinin qalibləri mükafatlandırılıb.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mükafatlandırma mərasimində akademiyanın Həmkarlar İttifaqının sədri, iqtisad elmləri doktoru İsa Alıyev alimlərə ayrılan diqqət və qayğıdan bəhs edib: “Müsabiqənin keçirilməsində məqsəd aktual və müasir elmi problemlərin həlli ilə bağlı elmi tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq, onların yaradıcılıq imkanlarını yaratmaqdır”.

Qeyd edək ki, müsabiqədə son 3 ildəki elmi nəticələrini təqdim etmiş 37 gənc alimdən 21 nəfər üç kateqoriya üzrə mükafatlandırılıb. I yer 2500, II yer 2000 və III yerin qalibləri 1500 manat dəyərində pul mükafatına layiq görülüb. Müsabiqə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) maliyyə dəstəyi ilə təşkil olunub. Müsabiqəyə təqdim edilmiş elmi nəticələrin ekspertizası və qiymətləndirilməsi AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə yaradılmış müvafiq komissiya tərəfindən həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR