Gənc alimlərin qrantlar vasitəsilə dəstəklənməsi haqqında protokol imzalanıb

Gənc alimlərin qrantlar vasitəsilə dəstəklənməsi haqqında protokol imzalanıb
# 22 may 2017 11:52 (UTC +04:00)

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu arasında 35 yaşadək gənc alimlərin qrantlar yolu ilə birgə dəstəklənməsi haqqında protokol imzalanıb.

APA-nın xəbərinə görə, protokolu gənclər və idman naziri Azad Rəhimov və Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev imzalayıb. Sənədə əsasən Gənclər və İdman Nazirliyi və Elmin İnkişafı Fondu 2017-ci ildə gənc alim və mütəxəssislərin 4-cü xüsusi (“Mənim ilk qrantım”) birgə qrant müsabiqəsini keçirəcək. Qrant müsabiqəsi Azərbaycanda təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq, ölkənin sosial-mənəvi, elmi-texniki və iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən regional və beynəlxalq səviyyəli konfrans, simpozium və başqa elmi tədbirlərin təşkili və keçirilməsi kimi xüsusi layihələri kiçik və orta həcmli qrantlar vasitəsilə maliyyələşdirmək məqsədilə keçirilir.

Bildirilib ki, Elmin İnkişafı Fonfu tərəfindən gənc alim və mütəxəssislər üçün keçirilmiş 3 qrant müsabiqəsində 72 layihə dəstəklənib, tədqiqatların həyata keçirilməsi üçün 1,470 mln manat vəsait ayrılıb. İmzalanmış protokol növbəti – 4-cü müsabiqənin keçirilməsində Cənclər və İdman Nazirliyinin də payçı qismində iştirakını müəyyən edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR