Gənc azərbaycanlı BMT-nin yüksək qurumunda Azərbaycanı təmsil edəcək

Gənc azərbaycanlı BMT-nin yüksək qurumunda Azərbaycanı təmsil edəcək
# 03 sentyabr 2014 13:36 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. 28-30 oktyabr tarixlərində Bakıda qlobal gənclər siyasətinin inkişafının dəstəklənməsi məqsədilə “Gənclər Siyasəti üzrə I Beynəlxalq Forum” keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə bu ilin mart ayında gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyətinin BMT-nin Nyu-Yorkdakı baş qərargahına səfəri zamanı Azərbaycan hökuməti və BMT-nin baş katibinin Gənclər üzrə Xüsusi Elçisinin Ofisi arasında Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunun əsas istiqamətlərindən biri Gənclər üzrə Xüsusi Elçinin Ofisinə peşəkar kadrların cəlb olunması zamanı azərbaycanlı mütəxəssislərə müraciət olunmasıdır. Bu baxımdan BMT-nin Azərbaycan Nümayəndəliyinin gənc əməkdaşı Vüqar Allahverdiyev artıq bu aydan etibarən proqram üzrə mütəxəssis kimi BMT-nin ən yüksək qurumunda fəaliyyət göstərəcək.

Vüqar Allahverdiyev 7 ildən artıqdır ki, BMT-nin Azərbaycan nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb. O, 2008-ci ildə Mərkəzi Avropa Universitetinin beynəlxalq münasibətlər, 2011-ci ildə isə Azərbaycan İqtisad Universitetinin iqtisadiyyatın idarə olunması fakültələrinin magistr pilləsini fərqlənmə diplomu ilə başa vurub.

Qeyd edək ki, Gənclər üzrə Xüsusi Elçi və onun rəhbərlik etdiyi qurum BMT-nin beynəlxalq müstəvidə gənclərlə fəaliyyətinin koordinasiyası, gənclərin inkişaf ehtiyaclarının təhlili və onların həllinə dəstək verilməsi, gənclərin hüquqlarının müdafiə olunması, eləcə də onların BMT-nin qlobal layihələrdə iştirakının təmin edilməsi mandatı üzrə fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR