Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin I tədris korpusunun və şagird yataqxanasının açılışı olub

Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin I tədris korpusunun və şagird yataqxanasının açılışı olub
# 10 may 2017 15:11 (UTC +04:00)

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin I tədris korpusunun və şagird yataqxanasının əsaslı təmirdən sonra açılış mərasimi olub.

Gəncə şəhər İcra Hakimiyyətindən (ŞİH) APA-ya bildirilib ki, ŞİH başçısı Elmar Vəliyev tədbirdə çıxış edərək, müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin ölkəsi üçün gördüyü işlərdən danışıb. Elmar Vəliyev bu il üçün MDB-nin mədəniyyət paytaxtı seçilən Gəncədə həyata keçirilən layihələr haqqında geniş məlumat verib.

Peşə Təhsil Mərkəzinin direktoru Fazil İsmayılov qeyd edib ki, peşə məktəbinin binası 1966-cı ildən fəaliyyət göstərməsinə baxmayaraq, heç bir zaman təmir olunmayıb. Burada aparılan əsaslı təmir nəticəsində məktəbin binasının müasir və bu günün tələblərinə cavab verən səviyyəyə gətirildiyini deyən Fazil İsmayılov qeyd edib ki, hazırda məktəbdə 7 peşə - “Dərzi”, “Kompüter ustası”, “Bərbər manikürçü”, “Dülgər”, “İnşaat materialları, konstruksiyalarının və məmulatların qəlibçisi”, “Biçiş-tikiş avadanlıqlarının operatoru, tikişçi” üzrə kadrlar hazırlanır. Direktor vurğulayıb ki, bu peşələr üzrə 154 şagirdə 8 istehsalat təlimi ustası, 16 nəfər pedaqoji və yardımçı heyət xidmət edir.

Məktəbin tikintisində əməyi keçən "Rövşən Oğuz Qrup"MMC-nin işçiləri - Aydın Atakişiyev və Pərviz Şükürov ŞİH başçısı tərəfindən "Fəxri Fərman" ilə təltif ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR