Gəncədə 16 yaşlı yeniyetmə uşaq evindən qaçıb

Gəncədə 16 yaşlı yeniyetmə uşaq evindən qaçıb
# 25 sentyabr 2013 13:45 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə yerləşən Uşaq Evində yaşayan yeniyetmə oranı tərk edərək bir daha geri qayıtmayıb.

Gəncə şəhər Uşaq Evindən APA-nın qərb bürosuna verilən məlumata görə, evin sakini, 1997-ci il təvəllüdlü Namiq Qasımov sentyabrın 22-də yaşadığı müəssisədən gedərək bir daha geri qayıtmayıb.

Məlumata görə, N.Qasımov bir ay əvvəl Kəpəz Rayon İcra Hakimiyyəti Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının məktubu əsasında evə yerləşdirilib.

Faktla bağlı Kəpəz Rayon Polis Şöbəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR