Gəncədə qanunsuz ağac kəsilməsi aşkarlanıb

Gəncədə qanunsuz ağac kəsilməsi aşkarlanıb
# 23 fevral 2018 10:04 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Gəncə şəhəri ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Gəncə şəhəri Kəpəz rayonu Səfəvilər küçəsi 126 saylı binanın qarşısında yaşköküstə 12-22 sm diametrliyində 3 ədəd tut ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Gəncə şəhər sakini Tofiq Qəhrəmanzadə tərəfindən kəsildiyi və təbiətə 1500 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR