Gəncədə “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi yaradılıb

Gəncədə “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi yaradılıb
# 04 iyul 2014 15:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti Gəncə şəhərində yeni salınmış park kompleksində idarəetmənin təşkili barədə qərar verib.

APA-nın verdiyi məlumata görə, qərara əsasən Gəncə şəhərində yenidən qurulmuş və ərazisi genişləndirilmiş park kompleksinin infrastrukturunun qorunub saxlanılması, abadlaşdırılması, mühafizəsi və əhaliyə göstərilən xidmətin yaxşılaşdırılması məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi yaradılıb.

İşçilərinin ştat sayı 140 vahid müəyyən edilən İdarəsinin cari ildə saxlanılması üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 830 min manat məbləğində vəsait ayrılıb. Maliyyə Nazirliyinə tapşırılıb ki, ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini və 2015-ci ildən başlayaraq bu məqsəd üçün hər il dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulmasını təmin etsin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR