Gəncədə “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı” mövzusunda seminar keçirilib - VİDEO

Gəncədə “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı” mövzusunda seminar keçirilib - <span style="color: red;">VİDEO
# 21 avqust 2013 12:06 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. “Hər bir təhsil müəssisəsinin bufeti qəbul edilən dövlət standartlarına uyğun fəaliyyət göstərməli müəssisə rəhbəri də bu sahəyə nəzarət etməlidir”. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, bu fikirlər Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsində “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı” mövzusunda keçirilən seminarda səslənib.

Tədbirdə Qərb bölgəsindən olan təhsil müəssisələrinin nümayəndələri və icra hakimiyyəti aparatlarının işçiləri iştirak edib. Tədbirdə qida təhlükəsizliyi, təhsil və tərbiyə alanların qidalanmasının standartın tələblərinə uyğunluğu, qidalanmada istifadəsinə icazə verilən və verilməyən qida məhsullarının siyahısı, müəssisələrdə istifadəsi zəruri olan avadanlıqlar barədə məlumat verilib. İştirakçılar mövcud problemlər barədə fikir mübadiləsi aparıblar. Rayonlardan gələn təhsil müəssisələrinin nümayəndələri məktəblərdə bufetlərin normal səviyyədə olmadığını və bu baxımdan da yeni standartların tətbiqinin çətinliklər yaradacağını bildiriblər. Həmçinin təhsil müəssisələrində bufetləri işlədənlərin kortəbii şəkildə seçildiyi, hətta xadimələrin belə bu obyektlərdə çalışdıqları bildirilib. Çıxış edənlər bufetlərin fiziki şəxslərə müqavilə əsasında icarəyə verilməsini və kassa aparatı ilə təmin edilməsinin vacibliyini vurğulayıblar.

Seminarda qeyd edilib ki, rayon və şəhər məktəblərində olan iaşə obyektlərinə uyğunluq və gigiyenik sertifikatı olan məhsulların gətirilib satılmalıdır.

Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsinin nümayəndələri bildirib ki, bu il sentyabrın 2-dən yeni qəbil edilən “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tətbiqinə başlanılacaq. Qurumun əməkdaşları gələn aydan etibarən bufetlərdə monitorinqlər keçiriləcəyini, standarta cavab verməyən obyektlərin fəaliyyətlərinin qadağan ediləcəyin bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR