Gəncədə yaşayış evində yanğın olub

Gəncədə yaşayış evində yanğın olub
# 04 yanvar 2017 14:15 (UTC +04:00)

Gəncədə 3 otaqlı həyət evində yanğın olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Üzeyir Hacıbəyov küçəsində Gülzar Bayramovaya məxsus 126 nömrəli həyət evi yanıb. Ümumi sahəsi 136 kvadratmetr olan ev 100 kvadratmetr sahədə yanaraq, yararasız hala düşüb. Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin hadisə yerinə cəlb olunan 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsinin köməyi ilə alovun qarşısı alınıb. Evin bir otağı mühafizə olunub.

Yanğının baş vermə səbəbləri araşdırılırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR