Gəncənin yeraltı yolları tədqiq olunacaq

Gəncənin yeraltı yolları tədqiq olunacaq
# 30 may 2013 10:21 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. İyunun 2-dən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin yeraltı yolları tədqiqat üçün açılacaq. Bu barədə APA-ya AMEA Gəncə Elmi Bölməsinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə deyib. Onun sözlərinə görə, bu məqsədlə Gəncə Elmi Bölməsində tarixçi və arxeoloqlardan ibarət komissiya yaradılıb. Tədqiqatlara robotlar da cəlb ediləcək. Robotlar dar və havasız yeraltı yollarda arxeoloqları əvəz edəcək.

S. Pişnamazzadə deyib ki, Gəncənin yeraltı yolları 3 istiqamətdə uzanır və İmamzadə türbəsinə qədər gedib çıxır. Bir il ərzində aparılacaq tədqiqatlardan sonra Gəncə şəhərinin altında yeraltı yollardan ibarət muzey yaradılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR