Gənclər Fondu 6-cı qrant müsabiqəsini elan edib - FOTO

Gənclər Fondu 6-cı qrant müsabiqəsini elan edib - <span style="color: red;">FOTO
# 03 sentyabr 2014 15:42 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Gənclər Fondundan APA-ya verilən məlumata görə, yığıncağın gündəliyinə altıncı qrant müsabiqəsinin elan olunması, layihələrin icrasının yekunu ilə bağlı resipiyentlərdən tələb olunan sənəd və materialların siyahısının təsdiq edilməsi, Fondun fəaliyyətini tənzimləyən bəzi sənədlərdə dəyişikliklərin edilməsi və digər məsələlər daxil edilib.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov son 2 ildə keçirilmiş 5 müsabiqə çərçivəsində 1457 layihənin dəstəkləndiyini, onların həyata keçirilməsi üçün Fond tərəfindən 8,9 milyon manatdan artıq vəsaitin ayrıldığını bildirib. Altıncı qrant müsabiqəsinin sentyabr ayının 5-dən oktyabr ayının 20-dək keçirilməsi qərara alınıb. İclasda Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş layihələrin icrasının yekunu ilə bağlı resipiyentdən tələb olunan sənəd və materialların siyahısının təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb. Səsləndirilən təkliflər nəzərə alınmaqla, siyahı Şura tərəfindən təsdiq olunub. Daha sonra “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qrant müsabiqələrinin keçirilməsi Qaydaları”nda və “Maliyyə dəstəyinin göstərilməsi haqqında Müqavilə”də müəyyən dəyişikliklər edilib. Dəyişikliklərə əsasən müsabiqə zamanı “C” kateqoriyası (fiziki şəxslərin layihələri) üzrə müraciət edənlərin aşağı yaş həddinin 16 yaş müəyyən edilib. Bundan sonra layihəsinin icrası başa çatmış, lakin yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixdən ötən 15 gün müddətində təsviri və maliyyə hesabatını Fonda təqdim etməmiş resipiyentlərin müraciətlərinə də baxılmayacaq. Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddəti isə 3 aydan az, 12 aydan çox olmamalıdır. Maliyyə dəstəyinin göstərilməsi haqqında müqaviləni Müşahidə Şurası tərəfindən müəyyən olunmuş müddətdə imzalamamış resipiyentlərin layihələrinə də xitam veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR