Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən Qanvermə aksiyasına əsgərlər də qoşulub - FOTOSESSİYA

Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən Qanvermə aksiyasına əsgərlər də qoşulub - <span style="color: red;">FOTOSESSİYA
# 28 iyun 2013 07:32 (UTC +04:00)

Fondan APA-ya verilən məlumata görə, bu məqsədlə son zamanlar cəmiyyətimizdə yayılmaqda olan və ciddi aktual problemə çevrilən talassemiya və hemofiliya kimi qan xəstəliklərindən əziyyət çəkən gənc şəxslərə yardım göstərilməsi sahəsində Fond tərəfindən sosial kampaniya başlanıb. Bu sahədə gənclərin fəallığını təmin etmək və sosial maarifləndirmə işlərini regionlarda da aparmaq üçün kampaniyanın maarifləndirmə avtobusu ölkəmizin 12 şəhər və rayonunda bir günlük aksiyalar keçirməyi nəzərdə tutub. Artıq aksiya Hacıqabul, Bərdə, Mingəçevir, Zaqatala, Şəkidə, Qəbələdə keçirilib. Aksiyalarda Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və digər nümayəndələr iştirak edirlər. Xüsusilə gənclərin fəallığı ilə keçirilən aksiyalar əhali tərəfindən rəğbətlə qarşılanıb. Şəki şəhərində keçirilən aksiya isə xüsusilə diqqət çəkmiş və yaddaqalan olub. Belə ki, aksiyaya Şəki şəhərində yerləşən n saylı hərbi hissədə qulluq edən zabit və əsgər heyəti də qoşulub. Bu hadisənin 26 iyun - Silahlı Qüvvələr Günü baş verməsi isə xüsusi bir əhəmiyyətə malikdir. Bu gün isə aksiya Şamaxıda baş tutacaq. Qeyd edək ki, aksiya Tovuz, Gəncə, Göygöl və Xaçmazda davam edəcəkdir. Nəzərinizə çatdıraq ki, Azərbaycan Gənclər Fondu tərəfindən layihə çərçivəsində hazırlanmış Fəxri Donor Kartları qan verən bütün aksiya iştirakçılarına paylanıb. Donor kartları vasitəsilə ümumi məlumat bazası hazırlanacaq və gələcəkdə donorlara müraciət etmək imkanı yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR