Gigiyena və Epidemiologiya Mərkəzi: Azərbaycanda 1 yaşına kimi uşaqların hamısı yeni peyvəndə cəlb olunmalıdır

Gigiyena və Epidemiologiya Mərkəzi: Azərbaycanda 1 yaşına kimi uşaqların hamısı yeni peyvəndə cəlb olunmalıdır
# 27 may 2013 14:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda yeni pnevmakok əleyhinə vaksininin tətbiqi ilə bağlı hazırda plana uyğun olaraq müxtəlif tədbirlər, treninqlər və təlimlər həyata keçirilir. Bu barədə APA-ya məlumat verən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib ki, iyunun sonuna kimi bütün respublika üzrə təlim işləri başa çatdırılacaq. Onun sözlərinə görə, bundan sonra respublikada uşaqların sayına uyğun olaraq pnevmakok əleyhinə vaksini gətiriləcək və bu ilin sonuna kimi tətbiqinə başlanacaq: “Ölkə üzrə 1 yaşına kimi uşaqların hamısı bu peyvəndə cəlb olunmalıdır. Azərbaycanda təxminən 157 mindən çox 1 yaşa kimi uşaq var və onların hamısının vaksinasiya edilməsi nəzərdə tutulub. Əgər ilin sonundan bu prosesə başlansa, onların hamısına bu il tətbiq etmək mümkün olmayacaq. İlin sonuna kimi uşaqların bir qisminə - 50 minə yaxın uşağa yeni vaksin tətbiq ediləcək. Növbəti ildə isə bu vaksin təqvimə salınacaq və 160 minə yaxın uşaqların hamısı peyvəndə cəlb olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR