Göyçayda iribuynuzlu heyvanlar naməlum xəstəliyə yoluxub

Göyçayda iribuynuzlu heyvanlar naməlum xəstəliyə yoluxub
# 23 avqust 2013 19:09 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda iribuynuzlu heyvanlar arasında naməlum yoluxucu xəstəlik yayılıb. Rayon baytarlıq idarəsindən APA-ya verilən məlumata görə, Göyçay ərazisində olan 47 min baş iribuynuzlu heyvandan 6 mini bu xəstəliyə yoluxub. Xəstə heyvanlardan artıq 3-ü tələf olub.

Heyvan sahibləri deyir ki, xəstəliyə yoluxan heyvan əvvəlcə normal qidalanmır, sonra arxa ayaqları tutulur, ağzından su axır və bədən hərarəti yüksəlir.

Sakinlərin müraciətinə əsasən sahə baytar həkimləri fərdi təsərrüfatlara baş çəkir, xəstə inəklərə ilkin tibbi yardımlar göstərir. Onların sözlərinə görə, naməlum yoluxucu xəstəlik artıq bəzi kəndlərdə xırdabuynuzlu heyvanlara keçib.

Göyçay rayon baytarlıq idarəsinin mütəxəssisləri bildirib ki, bu xəstəlik iribuynuzlu heyvanlar arasında yayılsa da, heç bir qorxulu infeksiya yoxdur. Xəstəliyin bölgədə yağan yağışdan sonra yayıldığı bildirilir.

Qeyd edək ki, heyvanlar arasında bu cür yoluxucu xəstəlik Göyçayla yanaşı, Ucar və Zərdab rayonlarında da müşahidə olunur. Həmin rayonlarda yayılan xəstəlik nəticəsində bəzi hallarda iribuynuzlu heyvanlar tələf olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR