Güclü külək nəticəsində Aran bölgəsinə ziyan dəyib

Güclü külək nəticəsində Aran bölgəsinə ziyan dəyib
# 04 iyun 2013 08:18 (UTC +04:00)

APA-nın yerli bürosunun verdiyi məlumata görə, ötən gün axşam saatlarında başlayan güclü külək təxminən 1 saat davam edib. Nəticədə bölgədə elektrik dirəkləri aşıb, fərdi yaşayış evlərinə və yardımçı tikililərə ziyan dəyib.

Zərdab rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə hallar komissiyasının sədri Allahverdi Səfərovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, güclü külək nəticəsində rayonda 15 elektrik dirəyi aşıb, 14 fərdi yaşayış evi və tövlələrin dam örtüyünə ziyan dəyib. Elektrik dirəklərinin aşması nəticəsində axşam saatlarından rayona elektrik enerjinin verilişi dayandırılıb. Səhər tezdən rayon mərkəzinə elektrik enerjisinin verilişi bərpa edilib. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Ucar Rayon Elektrik Şəbəkəsindən APA-ya bildirilib ki, güclü külək rayonda 14 elektrik dirəyini aşırıb və nəticədə rayonun bir sıra kəndlərinə elektrik enerjisinin verilişində fasilə yaranıb. Hazırda küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR