Günəşdə fəallıq artıb - FOTO

Günəşdə fəallıq artıb - <span style="color: red;">FOTO
# 24 sentyabr 2014 10:11 (UTC +04:00)

Ehtimal var ki, alışmadan sonra qaynar plazma kütləsi planetlərarası fəzaya atılıb, lakin SOHO və STEREO kimi kosmik aparatlar bunu hələ təsdiq etməyib”.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib. Onun sözlərinə görə, qarşıdan gələn günlərdə də yeni alışmalar gözlənilir: “Günəş səthində 6 aktiv qrupda 90 ləkə toplaşıb. Hazırda Günəş diskində müşahidə olunan və yuxarıda qeyd olunan alışmaya səbəb olan AR2172 nömrəli böyük Günəş ləkəsi böyüməkdə davam edir və maqnit sahəsini mürəkkəbləşdirərək “beta-qamma” səviyyəsinə çatdırıb. Bu isə güclü alışmaların generasiyası ehtimalını daha da artırır”.

E. Babayev qeyd edib ki, qarşıdan gələn günlərdə M-sinifli və orta gücə malik alışmaların baş vermə ehtimalı 30%-ə qalxıb, güclü rentgen X-sinfinə malik alışmalar isə 5% ehtimalla gözlənilir: “Bu gün kosmik hava da nisbətən həyəcanlaşmış vəziyyətdədir. Planetlərarası Maqnit Sahəsi yenə də cənub istiqamətindədir və bu, Günəş küləyinin yüklü və böyük enerjili zərrəciklərinə asanlıqla Yer maqnitosferinə daxil olma şəraiti yaradır. Hazırda geomaqnit indeks Kp –nin qiyməti 4-ə bərabərdir və bu gun - sabah 40% ehtimalla orta gücə malik geomagnetik fırtına baş verə bilər”.

Bu gün radio dalğalar üçün əlverişli olmayan R1 səviyyəli radiofırtına da baş verib. Digər tərəfdən, Günəşin diskində orta ölçülərə malik tac dəliyi də müşahidə olunur. Tac dəliyindən bir qayda olaraq yüksək sürətli plazma küləyi başlayır və bu, kosmik havanı əlverişsiz edən əsas fiziki səbəblərdən biridir: “Ehtimal olunur ki, bu tac dəliyinin mənfi effektləri Yer maqnitosferində 27-28 sentyabr tarixlərində hiss olunacaq. Qeyd etmək lazımdır ki, elmi tədqiqatlar da yaz və payız günbərabərliyi günləri ətrafında geomagnit fəallığının artdığını göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR