Gürcüstanda Azərbaycanın iştirakı ilə “Təhlükəsiz Qafqaz-2014” adlı beynəlxalq təlim keçirilib - FOTOSESSİYA

Gürcüstanda Azərbaycanın iştirakı ilə “Təhlükəsiz Qafqaz-2014” adlı beynəlxalq təlim keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 06 sentyabr 2014 10:07 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan daxili işlər nazirinin müavini Vaxtanq Qomelauri, Azərbaycan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev çıxış edərək Gürcüstan və Azərbaycan arasında keçirilən bu təlim nəticəsində yüksək təcrübə əldə ediləcəyini, gələcəkdə belə tədbirlərin daha çox təşkil olunacağını bildiriblər.

Natiqlər qeyd ediblər ki, təlimdə əsas məqsəd əməkdaşlığı təkmilləşdirmək və iki ölkə arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində Azərbaycanla Gürcüstan arasında geniş miqyaslı fövqəladə hallar zamanı xilasedicilərin işlərini əlaqələndirməkdir. Təlimdə Gürcüstan hökuməti ilə “British Petroleum” (BP) arasında imzalanan müqaviləyə əsasən suda və quruda neft dağılmalarına qarşı fəaliyyətin tənzimlənməsi, eləcə də əlaqələndirmə işlərinin təkmilləşdirilməsi və təcrübə mübadiləsinə də diqqət yetirilib.

Gürcüstan Fövqəladə Hallar Departamentinin direktoru Zviad Katsaşvili, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndələri, general-mayor Kamil Bağırov, podpolkovnik Aleksandr Əliyev, polkovnik R. Xudiyev təlimdə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinin gedişinə nəzarət ediblər.

Təlimi Gürcüstanın daxili işlər, əmək, səhiyyə və sosial müdafiə nazirliklərinin, beynəlxalq təşkilatların və şirkətlərinin nümayəndələri izləyiblər.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR