Hacıqabul ərazisində yerləşən Pirsaat su anbarı quruyub

Hacıqabul ərazisində yerləşən Pirsaat su anbarı quruyub
# 13 sentyabr 2014 14:35 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Havaların isti keçməsi nəticəsində Hacıqabul rayonunda yerləşən Pirsaat su anbarı quruyub.

Hacıqabul Suvarma Sistemləri İdarəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yağıntıların olmaması, havaların quraq və kəskin isti keçməsi su anbarının qurumasına səbəb olub. Məlumata görə, anbarın su ilə qidalanmaması səbəbindən əkin sahələrinin suvarılmasında problemlər yaranıb.

Qeyd edək ki, Hacıqabul rayonunun Pirsaat çayı üzərində yerləşən Pirsaat su anbarı daha çox yağış və dağ çaylarının suyu ilə dolur. Rayonun Pirsaat, Rəncbər, Qubalı-Baloğlan, Nəvahi və Atbulaq kəndlərinin 7,4 min hektar əkin sahəsi Pirsaat su anbarına toplanan suyun hesabına suvarılır. Eyni zamanda bu hidroqurğu vasitəsi ilə Pirsaat çayı tənzimlənir və illik atmosfer yağıntıları normadan artıq olduğu zaman ərazini, o cümlədən rayon mərkəzini sel sularından və daşqınlardan mühafizə edir. Ümumi həcmi 17 milyon kubmetr, faydalı həcmi 12 milyon kubmetr olan anbar 1964-cü ildə istifadəyə verilib. 2003-2010-cu illərdə yenidən qurulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR