Heydər Əliyev Mərkəzində keçiriləcək bütün sərgilər və tədbirlər üçün bilet satışına başlanacaq

Heydər Əliyev Mərkəzində keçiriləcək bütün sərgilər və tədbirlər üçün bilet satışına başlanacaq
# 21 iyun 2013 13:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İyunun 22-dən etibarən Heydər Əliyev Mərkəzi ictimaiyyətin üzünə açıq olacaq. APA-nın xəbərinə görə, bunu Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov məşhur rəssam Endi Vorholun (Andy Warhol) sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.

A. Ələkbərov bildirib ki, iyunun 22-dən Heydər Əliyev Mərkəzində keçiriləcək bütün sərgilər və tədbirlər üçün biletlərin satışına başlanacaq. O qeyd edib ki, mərkəzin internet portalında bütün məlumatlar yerləşdirilib: “İnsanların daha rahat şəkildə bilet əldə etmələri üçün müvafiq imkanlar yaradılıb. Sabahdan etibarən Heydər Əliyev Mərkəzi bayram günləri istisna olmaqla, hər gün fəaliyyət göstərəcək. Burada insanların rahatlığı üçün kafelər fəaliyyət göstərir, müraciətlərə əsasən müxtəlif tədbirlər təşkil olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR