Hüquq müdafiəçiləri Bakı Ağır Cinayətlər Məhkəməsinin saxlanma yerində monitorinq keçirib

Hüquq müdafiəçiləri Bakı Ağır Cinayətlər Məhkəməsinin saxlanma yerində monitorinq keçirib
# 11 sentyabr 2014 13:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Bakı Ağır Cinayətlər Məhkəməsinin saxlanma yerində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E.Behbudov bildirib ki məhkəməyə gətirilən təqsirləndirilən şəxslərlə görüşüblər: "Saxlanılan şəxslərin bir neçəsi istintaqın gedişindən narazılıqlarını bildirdilər. Orada saxlanma şəraiti normaldır. Ventilyasiya sistemi var və məhkumlar yeməklə təmin olunurlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR