Hüseyn Bağırov Ağstafada vətəndaşlarla görüş keçirib

Hüseyn Bağırov Ağstafada vətəndaşlarla görüş keçirib
# 11 sentyabr 2014 12:04 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 11-də Ağstafa şəhərində Ağstafa, Qazax və Tovuz rayonlarında yaşayan vətəndaşlarla görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə H. Bağırovla birlikdə ETSN-in idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR