I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələri bu gün açıqlanacaq

I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələri bu gün açıqlanacaq
# 15 iyul 2014 07:28 (UTC +04:00)

TQDK-dan APA-ya verilən xəbərə görə, iyulun 12-də 2014/2015-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün keçirilmiş I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin bu gün axşam saatlarına kimi elan olunması nəzərdə tutulur.

Abituriyentlər imtahan nəticələrinin elan olunmasına dair ilkin məlumatları TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR