İmişlidə üçəm uşaq dünyaya gəlib

İmişlidə üçəm uşaq dünyaya gəlib
# 28 mart 2014 13:22 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ikisi qız, biri oğlan olan körpələrə Zeynəb, Fatimə və Mübariz adları verilib.

Üçəmlər Novruz bayramı ərəfəsində İmişlidə yaşayan İsrail İsrafilovun ailəsində dünyaya gəlib. Bununla da İ.İsrafilovun övladlarının sayı 6-ya çatıb. Belə ki, ailənin ilk qız övladından sonra əkiz oğlu olub. Üçəmlər dünyaya gəldikdən sonra ailədə qız və oğlan uşaqlarının sayı bərabərləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR