İmişlinin bəzi təsərrüfatlarında heyvanlar arasında “Nodulyar dermatit” virusu yayılıb

İmişlinin bəzi təsərrüfatlarında heyvanlar arasında “Nodulyar dermatit” virusu yayılıb
# 17 sentyabr 2014 15:22 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı, Gülnar Bəşirova - APA. İmişli rayonunda 82 baş iri buynuzlu ev hevyanı “Nodulyar dermatit” virusu xəstəliyinə yoluxub.

İmişli rayon Baytarlıq İdarəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, rayon ərazisində olan 49 təsərrüfatdan 10-da “Nodulyar dermatit” virus xəstəliyinə yoluxma halları qeydə alınıb. Virus mənşəli xəstəlik İmişli rayonunda son bir neçə gün ərzində müşahidə olunub. Sakinlərin bildirdiyinə görə, bir neçə təsərrüfatda heyvanlar arasında tələfat da var. İmişli rayon Byatarlıq İdarəsinin rəisi Orucəli Qasımovun bildirdiyinə görə, rayon ərazisində və bu xəstəliyə yoluxma halları qeydə alınan təsərrüfatlarda dezinfeksiya işləri aparılır. Dövlət Baytarlıq Xidməti tərəfindən verilən dərman pereparatları vasitəsi ilə heyvanlar müalicə olunur. Virusa yoluxmuş 82 heyvandan 32 başı artıq müalicə olunub. Digər xəstə heyvanların müalicəsi davam etdirilir. Baş baytar qeyd edib ki, yoluxma halları ağcaqanad və digər həşəratlar vasitəsilə baş verir. Onun sözlərinə görə, xəstəlik əsasən İran İslam Respublikasının ərazisndən keçir.

Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova APA-ya açıqlamasında bildirib ki, İmişli rayonunda virus artıq bir neçə gündür yayılıb: “İmişli Rayon Baytarlıq İdarəsi də, bizim buradan göndərdiyimiz işçilərimiz də lazımi müalicəni aparırlar. Hazırda 32 baş iribuynuzlu heyvan sağalıb, 47 baş iribuynuzlu heyvan isə müalicədədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR