İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid vəzifə qrupları test imtahanı keçiriləcək

İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid vəzifə qrupları test imtahanı keçiriləcək
# 16 fevral 2018 06:48 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

DİM-dən APA-ya verilən məlumata görə, Bakıda keçiriləcək imtahanada iştirak etmək üçün BA qrupu üzrə 363 namizəd, BB qrupu üzrə 1174 namizəd, ümumilikdə isə 1537 namizəd qeydiyyatdan keçib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər fevralın 13-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR