İqtisadiyyat və sənaye naziri Zaqatalada vətəndaşları qəbul edəcək

İqtisadiyyat və sənaye naziri Zaqatalada vətəndaşları qəbul edəcək
# 15 iyul 2014 14:07 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iyulun 19-da Zaqatalada Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Zaqatala şəhər Nizami Hüseynov adına 2 nömrəli tam orta məktəbin binasında (Ünvan: Zaqatala şəhəri, Heydər Əliyev prospekti, 65) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Şəki-Zaqatala regional bölməsi (Ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 8, əlaqələndirici şəxs Qalib Məsimov, əlaqə telefonu: (050) 391-75-72, (02424) 4-27-11, faks: (02424) 4-37-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və “Facebook” səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR