İranın Səhiyyə Nazirliyi erkən ölüm hallarının səbəblərini açıqlayıb

İranın Səhiyyə Nazirliyi erkən ölüm hallarının səbəblərini açıqlayıb
# 27 yanvar 2018 13:37 (UTC +04:00)

İranın Səhiyyə Nazirliyi erkən ölüm hallarının səbəblərini açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İranda erkən ölüm halları kişilər arasında 57 faiz, qadınlar üçün isə 49 faiz təşkil edir.

Hazırda ölkə səhiyyəsinin ciddi narahatlığına səbəb olan məsələlərdən biri erkən ölüm hallarının artmasıdır.

Səhiyyə Nazirliyinin statistikasına görə, hazırda infarkt, yol nəqliyyat qəzaları, erkən doğumlar, doğuş qüsurları, sinir və beyin xəstəlikləri, qan təzyiqi, diabet, tənəffüs yollarının infeksiyası və damar xəstəlikləri kimi xəstəlilər İranda erkən ölümün əsas səbəblərindəndir.

Məlumatda qeyd olunur ki, 81,3 milyon əhalisi olan İranda insanlar 70 yaşdan az ömür sürür.

Statistikaya görə, ölkədə ölənlərin 35 faizi infarktdan həyatını itirir. "İnfarktdan dünyasını dəyişənlərin böyük əksəriyyətini 55 yaşdan aşağı şəxslər təşkil edir", - deyə məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR