İstirahət günlərinin hava proqnozu

İstirahət günlərinin hava proqnozu
# 08 iyun 2018 13:22 (UTC +04:00)

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, iki gün ərzində bu bölgədə nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq, belə ki, fasilələrlə leysan xarakterli yağış yağacaq. Havanın temperaturu dağətəyi rayonlarda 22-27, dağlıq rayonlarda 12-17 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları iyunun 9-da arabir yağışlı hava şəraiti gözləsə də, iyunun 10-da gün ərzində yağmursuz hava müşahidə olunacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir leysan xarakterli yağış yağacaq. İyunun 10-da gündüz isə hava şəraiti yağmursuz olacaq.

Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da arabir yağış yağacağı, iyunun 9-da axşam, iyunun 10-da gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, iyunun 09-da gecə və səhər arabir yağışlı hava şəraiti müşahidə olunsa da, iyunun 9-u gündüz, iyunun 10-da gün ərzində hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-29 dərəcə isti təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR