İyunun 1-də “Qəbələnd” Əyləncə Mərkəzində uşaqlar üçün attraksionlar pulsuz olacaq

İyunun 1-də “Qəbələnd” Əyləncə Mərkəzində uşaqlar üçün attraksionlar pulsuz olacaq
# 30 may 2017 09:32 (UTC +04:00)

Azərbaycanın ən dilbər guşələrindən sayılan Qəbələ rayonunda yerləşən “Qəbələnd” Əyləncə Mərkəzi qapılarını bütün uşaqların üzünə açır.

APA-nın məlumatına görə, uşaqların əvəzolunmaz məkanına çevrilən “Qəbələnd” Əyləncə Mərkəzi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü uşaqları öz valideynləri ilə birlikdə “Qəbələnd” Əyləncə Mərkəzinə qonaq dəvət edir.

“Qəbələnd” Əyləncə Mərkəzinin biri-birindən maraqlı attraksionları uşaqlarınızın ixtiyarına verilir!

“Qəbələnd” Əyləncə Mərkəzində zövqlə təşkil olunmuş konsert proqramı balacaları sevindirəcək, Vətənimizin gözəlliyi balalarımızın yaddaşına indidən həkk ediləcək!

“Qəbələnd” Əyləncə Mərkəzi xüsusi vurğulayır ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Qəbələnd” Əyləncə Mərkəzinə giriş, həmçinin attraksionlardan istifadə pulsuzdur!

Bütün bunlar 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Qəbələnd” Əyləncə Mərkəzində səhərdən axşama qədər Sizi gözləyir!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR