Kamran İmanov: “İstəyirik ki, piratçılığa qarşı mübarizə inkişaf etmiş ölkələrin səviyyəsinə qalxsın”

Kamran İmanov: “İstəyirik ki, piratçılığa qarşı mübarizə inkişaf etmiş ölkələrin səviyyəsinə qalxsın”
# 04 iyul 2014 15:56 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

Bununla bağlı qanunun artıq ölkə prezidenti tərəfindən imzalandığını deyən Agentlik sədri, cəza sisteminin hazırlandığını bildirib: “Azərbaycan ilk dövlətlərdən biridir ki, piratçılığa qarşı qanun qəbul edib. Bu qanun artıq prezident tərəfindən imzalanıb, cəza sistemi hazırlanıb və demək olar, bütün bazarda müəlliflik hüququ ilə qorunan obyektlər müvafiq nəzarət markaları vasitəsi ilə tənzimlənəcək. Nəzarət markasının olmaması 50 manat cəza sanksiyasını tələb edəcək. Bu, sərt tədbirdir. Amma Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olmaq istəyir. Ona görə də biz istəyirik ki, piratçılığa qarşı mübarizə inkişaf etmiş ölkələrin səviyyəsinə qalxsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR