Kaspi Liseyində Müdafiə Nazirliyinin dəstəyi ilə "Biz Xocalıya qayıdacağıq!" devizi altında tədbir keçirilib

Kaspi Liseyində Müdafiə Nazirliyinin dəstəyi ilə "Biz Xocalıya qayıdacağıq!" devizi altında tədbir keçirilib
# 24 fevral 2015 16:47 (UTC +04:00)

Bakı – APA. Bu gün Müdafiə Nazirliyinin dəstəyi ilə Bakıxanov qəsəbəsindəki Kaspi Liseyində "Biz Xocalıya qayıdacağıq!" devizi altında xatirə mərasimi keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mərasim iştirakçıları əvvəlcə "Xocalı faciəsi şagirdlərin gözü ilə" adlı rəsm işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra mərasim Xocalı faciəsini əks etdirən plakatlarla tərtib olunmuş klubda davam etdirilib.

Kaspi Təhsil Şirkətinin təsisçisi, "Kaspi" qəzetinin rəhbəri Sona Vəliyeva Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımı barədə geniş çıxış edib. O əminliklə bildirib ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində tezliklə işğal altında olan torpaqlarımız, eləcə də yerlə yeksan edilmiş Xocalı şəhəri azad ediləcək, bayrağımız Xankəndi, Şuşa, Laçın və digər əbədi yurd yerlərimizdə dalğalanacaq.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-mayor Dadaş Rzayev, Silahlı Qüvvələrin zabiti mayor Ramil Səfərov, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və başqaları dünya xalqlarının gec-tez Xocalının harayına səs verəcəklərinə və bu dəhşətli soyqırımı törədənlərin tezliklə beynəlxalq müttəhimlər kürsüsünə çıxarılacağına inandıqlarını bildiriblər.

Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının xoreoqrafiya qrupunun, solistlərin, incəsənət ustalarının və Liseyin bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya, videosüjetlər və Azərbaycan Hərb Tarixi Muzeyinin layihəsi olan "Briqada, irəli!" qəhrəmanlıq balladası təqdim edilib.

Kaspi Liseyinin direktoru Tural Əliyev Xocalı faciəsinin ildönümü ərəfəsində bu tədbirin məktəb kollektivinin, xüsusilə də şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb və bundan sonra da Müdafiə Nazirliyi ilə birgə silsilə tədbirlər həyata keçirəcəklərini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR