Kiyev Milli Linqvistik Universitetində Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəsmi açılışı olub - FOTO

Kiyev Milli Linqvistik Universitetində Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəsmi açılışı olub - <span style="color: red;">FOTO
# 29 mart 2013 14:42 (UTC +04:00)

Bakı. Aygül Rzayeva – APA. Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Kiyev Milli Linqvistik Universitetində Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəsmi açılışı olub. Bakı Slavyan Universitetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılışda BSU-nun rektoru, Azərbaycanın Ukraynadakı səfirliyinin təmsilçiləri, Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri, Azərbaycan televiziyasının Ukrayna və Şərqi Avropa üzrə nümayəndəliyinin başçısı, Kiyevin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin və Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenkonun, eləcə də Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyi Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru prof. Aleksey Nestulyanın təbrik məktubları oxunub.

Tədbirin sonunda azərbaycanlı və ukraynalı tələbələr milli geyimlərdə konsert proqramı ilə çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR