Kütləvi tamaşa yerlərinin statusu ilə bağlı qanun layihəsi hazırlanacaq

Kütləvi tamaşa yerlərinin statusu ilə bağlı qanun layihəsi hazırlanacaq
# 29 yanvar 2018 10:01 (UTC +04:00)

Azərbaycanda kütləvi tamaşa yerlərinin statusu ilə bağlı yeni qanun layihəsinin hazırlanması təklif olunur.

APA-nın məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Elmira Axundova bu təkliflə çıxış edib.

O bildirib ki, uşaqların sevimli yerləri olan zoopark, sirk və digər yerlər hazırda çox pis vəziyyətdir: “Mövcud olan zoopark tələbata cavab vermir. Sirkdə də eyni vəziyyətdir. Açıq havadakı əyləncə parkları müasir səviyyədə deyil. Hazırkı zoopark və sirk Bakıya yaraşmır. Biz kütləvi tamaşa yerləri ilə bağlı qanun layihəsi hazırlayaq. Layihəni mən hazırlaya bilərəm”.

Komitə sədri Rafael Hüseynov deputatın təklifini dəstəkləyib: “Belə qanun layihəsi vacibdir”.

Sonda qanun layihəsinin hazırlanması ilə bağlı razılığa gəlinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR