Lənkəranda faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş “Tarixin canlı səhifələri” adlı festival keçiriləcək

Lənkəranda faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş “Tarixin canlı səhifələri” adlı festival keçiriləcək
# 01 may 2015 09:53 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Müdafiə Nazirliyi ilə birgə Lənkəran rayonunda faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş “Tarixin canlı səhifələri” adlı III Gənclər Festivalı keçiriləcək.

Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin tələbələrinin iştirak etdiyi festivalın keçirilməsində məqsəd, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə əyani olaraq çatdırmaqdır.

Qeyd olunub ki, 2 may 2015-ci il tarixdə keçirilməsi nəzərdə tutulan layihədə cari ildə 105 illiyi qeyd edilən 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni general-mayor Həzi Aslanovun, nəinki Azərbaycanın eyni zamanda Qafqazın ilk Sovet İttifaqı adı almış Qəhrəmanı İsrafil Məmmədovun, adı belə faşistləri qorxuya gətirən, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin partizan həyatı canlandırılacaq.

Eyni zamanda, festivalda Şərqşünas və tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi Ziya Bünyadovun döyüş şücaətləri 200 nəfərdən çox aktyor və tələbələr tərəfindən tamaşaçılara təqdim ediləcək.

2 may 2015-ci il tarixdə saat 20.00-da Lənkəran rayonunda keçiriləcək Festivalda dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin səfirləri, yerli əhali, eyni zamanda Böyük Vətən Müharibəsi veteranları iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR