Lənkəranda qazılan su quyusundan qədim saxsı qablar tapılıb

Lənkəranda qazılan su quyusundan qədim saxsı qablar tapılıb
# 15 yanvar 2018 07:50 (UTC +04:00)

Lənkəran sakini həyətində su quyusu qazarkən quyudan saxsı qablar çıxıb.

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Cil kən sakini, Amid Xurşudzadə həyətyanı sahəsində su quyusu qazıb. Quyunun eni bir metr, dərinliyi isə beş metr olub. Qazıntı işləri apararkən yerin beş metr dərinliyindən saxsı qablar çıxıb.

Saxsı qabların ikisi bütöv, biri isə sınmış halda olub. Anar Xurşudzadə bildirib ki, burada əvvəllər yaşayış olmayıb. O, kəndin yaşlı adamları və tarix müəllimlərinə də bu əşyaları göstərib. Qabların bir neçə yüz il əvvələ aid olduğu, məişətdə istifadə olunduğu ehtimal olunur.

A.Xurşudzadə dulusçuluq məmulatlarını yoxlanılması və tarixinin araşdırılması üçün aidiyyəti qurumlara təhvil vermək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR