Lənkəran. Ağəddin Babayev – APA. Bu gün saat 12:30 radələrində Lənkəran rayonunun Liman qəsəbəsi, Şağlaser, Separadi, Vilvan, Xarxatan və Cil kəndlərinə təbii qazın verilişi əhaliyə xəbərdarlıq edilmədən dayandırılıb.
Lənkəran rayon Qaz İstismarı Sahəsindən APA-nın Cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, mavi yanacağın verilişində məhdudiyyətin tətbiq olunması qazpaylayıcı stansiyada aparılan təmir işləri ilə əlaqəlidir. Lakin təmirin nə vaxt başa çatdırılacağı ilə bağlı isə konkret heç bir məlumat verilməyib.