Leysan nəticəsində əksər çaylarda sululuq artıb

Leysan nəticəsində əksər çaylarda sululuq artıb
# 17 may 2017 11:14 (UTC +04:00)

Ölkə ərazisində yağışın bəzi yerlərdə leysan xarakterli olması nəticəsində əksər çaylarda sululuq artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, Pirsaatçay və Göyçay çaylarından isə qısamüddətli daşqın və sel keçib.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-120, Kiçik Qafqazın çaylarında 100-180, Lənkəran-Astara bölgəsi çaylarında 40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 450 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 330 m3/s olmaqla ongünlük normanın 44 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 189 m3/s olmaqla, ongünlük normanın 93 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 139 m3/s təşkil edərək ongünlük normanın 68 faizinə bərabər olub. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Şirvan məntəqəsində 16, Salyanda 24, Bankədə 8 sm artım, Araz çayının Novruzlu məntəqəsində və Surrada 10 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 sm (2016-cı il mayın 17-də 368 sm), Şirvanda 239 sm, Salyanda 197 sm (2016-cı il mayın 17-də 223 sm), Bankədə 191 sm (2016-cı il mayın 17-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 73 sm (2016-cı il mayın 17-də 80 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR