Londonda BDU-nun professorunun “Azərbaycan tarixi” kitabı çapdan çıxıb - FOTO

Londonda BDU-nun professorunun “Azərbaycan tarixi” kitabı çapdan çıxıb - <span style="color: red;">FOTO
# 11 sentyabr 2014 16:20 (UTC +04:00)

Bakı – APA. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun “Azərbaycan tarixi” (qədimdən günümüzə qədər) kitabı Londonda “Rosserndale Books” (RB) nəşriyyatı tərəfindən nəfis tərtibatda çapdan buraxılıb. Kitabı ingilis dilinə AMEA-nın əməkdaşı Fatma Fərəcova çevirib. Əsərin redaktoru isə ingilis Annemarie Mergeldir.

BDU-dan APA-ya verilən xəbərə görə, bu fundamental əsərdə xalqımızın qədim dövrlərdən bəri keçdiyi yola, azadlıq və dövlət müstəqilliyi uğrunda qəhrəmanlıq mücadiləsinə, siyasi və etnik mənzərəsinə təkzibedilməz faktlar və sübutlarla aydınlıq gətirilib. Əsərdə Azərbaycan xalqının inkişaf səviyyəsi dəqiq faktlar əsasında yeni təfəkkürlə yazılmaqla sovet ideologiyasından tamam təmizlənib.

Kitabda həm də Azərbaycanın tarixini əks etdirən 44 xəritə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR