Magistraturaya boş qalan yerlərə qəbulda bəzi proqramlar üzrə müsabiqə şərtlərinə dəyişiklik edilib - APA TV

Magistraturaya boş qalan yerlərə qəbulda bəzi proqramlar üzrə müsabiqə şərtlərinə dəyişiklik edilib - <span style="color: red;">APA TV
# 06 avqust 2013 09:33 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına boş qalan plan yerlərinə qəbul zamanı bəzi proqramlar üzrə müsabiqə şərtlərinə dəyişiklik edib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dəyişiklik 10 və 30 saylı proqramlar üzrə boş qalan yerlərin sayı və bakalavrların topladığı balların statistikasını nəzərə alaraq olunub.

Bu proqramlar üzrə boş qalan yerlərin ixtisaslaşma seçimində iştirak edənlərin imtahanın ikinci mərhələsindəki nəticələrinə qoyulan minimal tələb dövlət sifarişli yerlər üçün 20, ödənişli yerlər üçün isə 15 bala endirilib və ümumi bala qoyulan tələblər dəyişməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR