Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb
# 26 iyun 2013 13:51 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan nəticələri komissiyanın internet saytından yerləşdirilib. Bakalavrlar mobil telefonlar vasitəsilə müvafiq kodu göndərərək nəticələrini əldə edə bilərlər.

Qəbul imtahanının ikinci mərhələsindən də uğurla keçən bakalavrlar bu gündən ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.

Qeyd edək ki, magistraturalara qəbul imtahanının ikinci mərhələsində 11488 nəfər bakalavr iştirak edib. Onlardan 10018 nəfəri Azərbaycan bölməsinin, 1470 nəfəri isə rus bölməsinin məzunudur. Bakalavrların 5067 nəfərini oğlanlar, 6421 nəfərini qızlar təşkil edir. 6722 nəfər ali təhsil müəssisələrinin builki, 4766 nəfər əvvəlki illərin məzunlarıdır. 2012-ci ildə 8529 bakalavr imtahanın ikinci mərhələsinə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR