Masallıda bayram sovqatı paylanıb - FOTO

Masallıda bayram sovqatı paylanıb  - <span style="color: red;">FOTO
# 08 avqust 2013 16:12 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Ramazan bayramı münasibətilə Masallı Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən rayonda yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkün, o cümlədən digər aztəminatlı ailələrə bayram sovqatı paylanıb.

APA-nın cənub bürosunun məlumatına görə, RİH-nin nümayəndələri bu kateqoriyadan olan 1000-dən çox ailəyə baş çəkərək, onların problemləri ilə maraqlanmaqla yanaşı, bayram sovqatlarını təqdim ediblər.

Göstərilən diqqət və qayğıya görə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər aztəminatlı ailələr rayon rəhbərliyinə, ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR